Logo

Azərbaycanda faciəvi pab mühiti - TƏHLİL

17.07.2022 12:35 1487 baxış
IMG

Kulis.az Allahverdi Həsənovun "Azərbaycanda pab mühiti" adlı yazısını təqdim edir.

Dəyərli yazıçımız Seymur Baycanın Gürcüstan və gürcülərlə bağlı bir videoçıxışı var. Seymur bay orada Tbilisi şəhərindən, bu şəhərin mədəni həyatından, kafe və pubları haqqında dolğun məlumat verir. O çıxışda Seymur bay qeyd edir ki, Tbilisidə olan kafelərin hər birinin özünə məxsus koloriti, proqramı, musiqi qrupu var.

Mən bu əsrarəngiz, Bakının 2000-ci illərinin dalğasında olan şəhərə son dəfə 4 il əvvəl səfər etmişəm. Sözün əsl mənasında bu şəhərdə bütün kafelər bir birindən seçilir. Hər yeni kafe sənin üçün gürcü mədəniyyətinin fərqli bir parçasını müasir, elit bir üslubda təqdim edir. Pabları və gənclərə xidmət göstərən digər əyləncə məkanlarına da gözəl sözləri aid edə bilərik. Hər biri birindən,

fərqli, zövqlü idi. Bu məkanlar sözün əsl mənasında pab dediyimiz bir məkanın standartlarına cavab verirdi.

Lakin Xəzərin qoynunda yerləşən, 3-4 milyonluq insana isti yuva olmuş Bakı şəhərində fəaliyyət göstərən kafelər, pablar haqqında eyni sözləri demək mümkün deyil. Səbəbini isə izah edəcəm, əsəbləşməyin, infrastruktur, nəqliyyat, təmizlik baxımından bizim şəhərimiz döyər. Bu cümlə içinizə sərin bir "Sarıkız"ın verdiyi sərinliyi verdi, əminəm.

Azərbaycanda olan pablar, gənclərə xidmət göstərən əyləncə məkanları haqqında yazını yazmamışdan əvvəl bu məkanları qruplara bölüb elə təhlil etdim.

Hər bir qrupu təhlil etdikcə də qanım qaralırdı. Lakin bu məkanlardan sizin üzünüzü güldürə biləcək məqamları seçib sizlərə təqdim edirəm.

Birinci növ məkanları "Dramaturkia" adlandırıram. Bu məkanlarda Türkiyənin mədəni imperializminin ayaq səslərini eşitmək olur. Bu səslər özünü kənd musiqiçisi Ahmet Kaya, Neşet Ertaş, çuşka pop sənətinin layiqli davamçıları Serdar Ortaç, İbrahim Tatlıses, Mabel Matiz kimi simaların musiqiləri ilə büruzə verir.

Bu məkanlarda (pablarda) oxuyan şəxslər də 4-5 nəfərdir. Adətən bu musiqiçilər hər növ pabda oxuyurlar. Saçları və saqqalları 1-2 metr olur, qolları mənalarını bilmədikləri latın dilində olan atalar sözləri, aforizmlərlə dolu olur.

Boyunlarında xaç, çəkic-oraq, yəhudilərə aid olan işarələr, sülh işarəsi, türkçülüyə aid simvollar ilə bəzədilmiş boyunbağılar görmək olur. Adətən dırnaqlarının içində olan çirkə görə bu insanlardan normal insanlar iyrənir.

Bu "dramaturkia"larda bu musiqiçilərin "fan" kütləsi olan bir maraqlı qrup da var. Adətən adı Fidan, Ayşən (onlara Aisa deyə müraciət edin) olan, çəkiləri 90-95 kilo arası, pişiyi öldüyü üçün intihar etmiş, azərbaycanca A1 səviyyədə, türkçǝ Nəcib Fazıldan yaxşı bilən, atasına-anasına səmimi qəlbdən nifrət edən, 2 parç pivədən sonra şalvarının düyməsi partlayan, gǝyirdikdə bunu adi bir akt kimi təqdim edən bir qrup.

Maraqlı və əyləncəli bir qrupdur, elə deyilmi? Bu qrup türk dilində olan "Yani" sözündən dəhşət çox istifadə edir, Oğuz Atayın kitabını stolunu üstünə qoymaq üçün alır, özünü yalandan introvert kimi göstərir. Bu qəbildən olan məkanlara getməməyiniz üçün əla bir səbəb olacaq bu qrup musiqiçinin oxuduğu parçaları işgəncəverici bir tərzdə oxuyaraq musiqiyə olan eşqinizi məhv edə bilər.

Əgər belə məkanlara getsəniz Talibana musiqini haram etdiyi üçün təşəkkür edəcək səviyyədə islamçı fundamentalist ola bilərsiniz.

Bu məkanlarda təsadüfən, durduq yerə hansısa Aişa üstünüzə bir bokal pivə, qızardılmış pendir dağıda bilər, hətta özləri də içkinin təsiri ilə sizin üzərinizə düşə bilər. Bu məkanlarda yalnız və yalnız türk musiqilərinin ifa edildiyini də vurğulayım, belə yerlərə qətiyyən Eqor Letov, Camel, Metallica, Led Zeppelin dinləmək arzusu ilə getməyin, yoxsa arzunuz ürəyinizdə qalacaq. Bu məkanlarda bir də bu Aişalara büt kimi baxan, onlarla əlaqə qurmaq istəyən latent qaqalar birliyini də müşahidə edə bilərsiniz. Bu latent qaqalar, öz məhəlləsində özlərini mühafizəkarlığın son qalası, milli-mənəvi dəyərlərin sadiq keşikçisi kimi aparsa da Aişaların yanında müasir bir oğlan olurlar. Lakin siz orada olan mühiti diqqətlə analiz etsəniz, onların daxilindəki qaqanı rahatlıqla kəşf edəcəksiniz.

Növbəti məkanlar isə sekulyarizm qalalarıdır. Burada olan gənclər o qədər içki içir ki, elə bil sabah Taliban iqtidar olacaq. Burada daimi içən gənclərin müqəddəs bildiyi insan Corc Orueldir. Çox təəssüf ki onu da tam oxumayıblar, yalnız 1984 əsərini 30-40 səhifə oxuyub şoka düşürlər, kədərlənirlər, içirlər.

Adətən sosial şəbəkədən öyrəndikləri aforizmlərdən istifadə edib, özlərini tanrının qucağında hiss edirlər. Burada olan qrupların sevimli şairi isə sosioloq, psixoloq, data analitik, blogger, yazıçı Əli Xəyyamdır. Aradabir o qədər içirlər ki, onun şeirindən olan sətirləri divara on-onbeş hərf səhvi ilə yazırlar. Burada olan gənclik HOST qrupunun yetişdirə bilmədiyi, ideoloji bazası kimi hər şeyi yarımçıq, natamamlıq Əslində, siz fərqli bir yer axtarışında ola bilərsiniz, lakin tapa biləciyiniz 3-cü növ məkanlar adətən aylıq gəliri 5-6 min AZN olan insanlar üçün, İnstaqram modellərinin olduğu yerlərdir, bəndəniz bu yerlərə gəlirinə adekvat olmadığı üçün ayaq basmayıb. Bir gün o komfort zonaları da sizlər üçün geniş təhlil edəcəm.

Hələ ki vəziyyət bundan ibarətdir, dəyərli oxucular, məkanlar da, daxilində olan insanlar da günü gündən çuşkalaşır, monotonlaşır, eyniləşir. kompleksindən əziyyət çəkən gənclikdir.

 

Xəbər lenti